Nağıllar, hekayələr

Afrika nağılı. Üç öküz və aslan

Bir vaxtlar üç öküz yaşayırdı: qara, ağ və narıncı. Bir gün tarlada çalışmaqdan yoruldular və sahiblərini tərk getməyə qərar verdilər. Öküzlər gəlib sulu otların böyüdüyü, şirin suyun olduğu bir yerə çıxdılar. Qısa bir zaman içində vəhşi təbiətdə azad yaşamağa uyğunlaşdılar; tədricən kürkləri hamarlaşdı, buynuzları nizələr kimi iti oldu, sürət və çeviklik baxımından vəhşi heyvanlardan geri qalmırdılar.

 

Öküzlər özlərini yırtıcıların hücumundan qorumaq üçün hər şeyi növbə ilə etməyi qəbul etdilər: növbə ilə otlayıb su içdilər, növbə ilə yuxuya getdilər.

 

Bir dəfə öküzlər aslanla qarşılaşdılar. Aslan öküzlərin iti buynuzlarından qorxdu, amma qorxusunu göstərməyib onlara yaxınlaşaraq dedi:

 

- Sizə dostcasına, səmimi bir məsləhət vermək istəyirəm. İndicə bu tarlada gəzərkən ağ öküzü ağ çadıra, qara öküzü qara çadıra, narıncı öküzü isə şamma ilə səhv saldım (Şamma- geyim növüdür; sağ çiyinin üstünə atılan bir parçadır).

 

“Düşünürəm ki, ağ öküzün ağ torpaqda ağ otların və ağ ağacların böyüdüyü yerə getməyi daha yaxşı olardı; orada diqqət çəkməzdi. Qara öküz, qara torpaqda bitən qara ot və qara yarpaqlı qara ağacların böyüdüyü yerə getməlidir – onların arasında görünməzdi. Narıncı öküz isə narıncı çiçəklərin, narıncı otların və narıncı ağacların narıncı torpaqda böyüdüyü yerdə olması daha məsləhətlidir - o zaman heç bir yırtıcı səni görməzdi”. Beləliklə aslan hər birinin hara getməli olduğunu göstərdi.

 

Öküzlər aslana aldandılar və aslanın onlara göstərdiyi yerə təklikdə getdilər. Aslan öküzlərin müxtəlif istiqamətlərə dağıldığını görən kimi pusqu qurub üçünü də növbə ilə parçaladı.

 

Nəticə: Tövsiyyəni dinləmədən əvvəl kimin məsləhət verdiyini bil - dostundur və ya düşmənin.