Təbiət

Niyə bəzi heyvanlar gözüyumulu doğulur?

Yeni canlının doğulması prosesi həmişə çox maraqlı və əyləncəlidir. Bizim çoxumuza insan övladının dünyaya gələrkən niyə köməksiz olması, yəni ətrafdakılar olmadan sadəcə həyatda qalmasının mümkünsüzlüyü maraqlıdır. Belə görünür ki, təkcə insanlar arasında deyil, heyvanlar aləmində də elələri var ki, dəvə və at balaları kimi doğulan anda ayağa qalxmır, bir neçə saatdan sonra müstəqil həyata başlamır. 


Ev heyvanları olan pişiklər və itlər dünyaya zəif və gücsüz gəlirlər. Hətta onların gözləri də gec açılır! Bütün bunların səbəbi pişik və itlərin birdəfəlik bir neçə bala dünyaya gətirməsindədir ki, onların da bəziləri tam inkişaf etmir. Əgər təbiət bu körpələrə ana bətnində tam axıradək böyüməyə imkan versəydi, o zaman heyvan qarnının böyüklüyündən ölə bilərdi. Bu səbəbdən də dünyaya balaca və gözüyumulu “yumaqlar” gəlir və bir neçə həftəyə böyüyür, çəkiləri artır və qəşəng, inkişaf etmiş olurlar.


Maraqlıdır ki, ev dovşanı ilə vəhşi dovşanlar arasında oxşarlıqlar çox olsa da, onlar dünyaya müxtəlif cür gəlirlər. Vəhşi dovşanlar doğulduqda təkcə gözləri yumulu deyil, qulaqları da eşitmir, tüksüz olurlar. Əlbəttə ilk günlər onlar analarından tam asılı olurlar. Ev dovşanlarında isə başqa cürdür: balalar ananın qarnında təbiətdə yaşayan dovşanlara nisbətən bir az artıq qalır, gec doğulurlar. Bu səbəbdən də onlar ananın yanında az qala, bir neçə gündən sonra sərbəst “böyüklər üçün olan” yeməyi dadırlar. Bu da ondan irəli gəlir ki, ev dovşanları vəhşi dovşanlar kimi yuvanın dərinliyində balalarını gizlədə bilmirlər, balalar doğulan dəqiqədən özlərini müdafiə etməyə məcburdurlar.