Xəbərlər

Bakı məktəblisi beynəlxalq yarışda qalib gəlib

Bakı, 26 dekabr, AZƏRTAC  

 

 

Bakı məktəblisi İranda idmanın üzgüçülük növü üzrə keçirilən beynəlxalq turnirdə birinci yerə layiq görülüb.


Bakı Şəhəri üzrə Təhsil İdarəsinindən AZƏRTAC-a bildiriblərki, qurumun tabeliyindəki 46 nömrəli tam orta məktəbin IX sinif şagirdi Ramil Vəlizadə 13-14 yaşlı oğlanlar arasında kəpənək üsulunda yüz metr məsafəyə üzmə yarışlarında qələbə qazanıb. 


R.Vəlizadə medal və diplomla mükafatlandırılıb. Qeyd edək ki, turnirdə beş ölkədən yüz üzgüçü mübarizə aparıb.