Xəbərlər

Xırdalan şəhər 11 illik musiqi məktəbinin şagirdi respublika müsabiqəsinin qalibi olub

Bakı, 11 iyun, AZƏRTAC

 

Sumqayıt Regional Mədəniyyət İdarəsi Abşeron rayon Xırdalan şəhər 11 illik musiqi məktəbinin fortepiano ixtisası üzrə üçüncü sinif şagirdi, 9 yaşlı Nuray Mehdiyeva Azərbaycan Respublikası Rus İcması nəzdində - Rus Mədəniyyət Mərkəzi tərəfindən keçirilən “Rodniki duşi” adlı rus klassik və xalq musiqiləri, mahnı və rəqslərinin ən yaxşı ifaları üzrə XIV Respublika festival-müsabiqəsinin qalibi olub.

 

Mədəniyyət Nazirliyindən AZƏRTAC-a verilən məlumata görə, müsabiqə ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü, Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100, görkəmli bəstəkar Qara Qarayevin 100 və “Azərbaycan Rus İcması” İctimai Birliyinin 25 illik yubileylərinə həsr olunub.

 

Müxtəlif nominasiyalarda və yaş qrupları arasında keçirilən müsabiqədə Nuray Mehdiyeva öz yaşıdları arasında fortepiano ixtisası üzrə I dərəcəli, vokal üzrə isə II dərəcəli diplomlara layiq görülərək müsabiqənin laureatı adını qazanıb.

 

Qeyd edək ki, Nuray Mehdiyeva “Azərbaycanın səsi bala” televiziya mahnı müsabiqəsinin iştirakçısıdır.