Xəbərlər

Bakı Avropa liseyində iki sinif arasında Xocalıya aid onlayn dərs keçirilib

Bu gün Bakı Avropa liseyinin 4a3 və 3a2 sinifləri arasında Xocalı faciəsinin 28-ci ildönümünə həsr olunmuş onlayn dərs  keçirilib.


Dərs həmin gecə qətlə  yetirilən  qurbanların   xatirəsinin  bir  dəqiqəlik   sükutla  anılması ilə  başlanılıb. Daha sonra şagirdlərin Xocalı faciəsi ilə bağlı fikirləri dinlənilib, müvafiq mövzu ətrafında müzakirələr aparılıb. 


Şagirdlər Vətənə, topağa aid şeirlər söyləyib, sonda Vətən haqqında mahnı səsləndirilib.