Bu maraqlıdır!

Dünyada ən...

 

... isti yer - 1913-cü ildə Kaliforniyadakı “Ölüm Vadisi”ndə ölçülüb: 56.7°C
 
... soyuq yer - 2010-cu ildə Şərqi Antarktika yaylasında ölçülüb: -92°C

 
... sıx şəhər – rəsmi məlumatlara görə, Şanxayda 24 milyon 150 min insan yaşayır.

 
... az əhalisi olan şəhər - Vatikanın təqribən 1000 nəfər əhalisi var.


... varlı şəhər - Tokionun daxili hasilatı 1,52 trilyondur.


... yoxsul şəhər - Konqo Demokratik Respublikasının Kinşasa şəhərində əhalinin gündəlik gəliri bir dollardan da aşağıdır.

 
... yüksək zirvəsi - Everest dağının hündürlüyü 8848 metrdir.

 
... çox fotosu çəkilən yer – “Google”da “Sightsmap”ə görə, Nyu-Yorkdakı Solomon

R.Quqqenhaym muzeyidir.