Nağıllar, hekayələr

İbn Sina və Bəhmənyar

Böyük Azərbaycan filosofu Bəhmənyar Əbülhəsən ibn Mərzban XI əsrdə yaşamışdır. O,İbn sinanın şagirdi və davamçısı olmuş,islam dininin fəlsəfi əsaslarını araşdırmışdır.


Bir gün İbn Sina dəmirçixananın qabağından keçirmiş.Çardağın altında dəmirçinin şagirdi olduğu körüklədikcə usta soyuyub qaralmış dəmiri kürəyə qoyur.onu çəkiclə döyəcləyirdi.


 Elə bu zaman bir uşaq yüyürə-yüyürə gəlib özünü çardağın altına salır,tövşüyə-tövşüyə dəmirçiyə deyir:
-Usta,anam deyir, ocağımız sönüb, köz versin.

 

Usta döşlüyü ilə üzünün tərini silib uşağın əlinə baxdı:
 -Get,bir qab gətir.Ovcunda aparacaqsan?
Uşaq ayaqlarını yerə döydü:
-Aparacağam,sən od verməkdə ol.
Usta uşağın üzünə baxıb başını buladı:
-Sənin əlin dəmirdir?
-Yox,sən közünü ver,neyləyirsən necə aparacağam?


Usta baxdı ki, bu tərs uşağı sözlə başa sala bilmir,maşa ilə kürədən qıpqırmızı bir köz götürdü,yönünü bəri çevirəndə gördü uşaq yerdən ovcuna torpaq yığıb da ona sarı uzadıb. Usta mat qaldı.
İbn Sinanı da heyrət götürdü,uşağın ağlına heyran qaldı.Adını soruşdu.Uşaq:
-Bəhmənyardır, -dedi.


Belə deyirlər ki,İbn Sina həmin gündən Bəhmənyarın valideynləri ilə danışıb təlim-tərbiyəsini öz üzərinə götürdü və onu bir alin kimi yetişdirməyə başladı.