Şeirlər

Hikmət Ziya. İyun

Günəş şəfəqlərini,

Hər yana bol-bol saçır.

Yay fəsli təzə-təzə,

Ayaq tutub dil açır.

Üfüqlər lap obaşdan,

Qızıl rəngə boyanır.

Gün uzun, gecə qısa,

Quşlar tezdən oyanır.

- İyun sevimli aydır,

Xoş gəlib deyir hamı...

İlk günü-uşaqların

Müdafiə bayramı!