Bu maraqlıdır!

Dünyanın ən bahalı kitabları

1. "Lester əlyazmaları", qiyməti: 30.8 milyon dollar
 "Lester əlyazmaları" ("The Codex Leicester") Leanardo Da Vinçinin 1506-1510-ci illərdə Milanda qələmə aldığı elmə aid yazılar toplusudur.
 
Kitab 1980-ci ildə varlı sənayəçi, incəsənət kolleksiyaçısı və filantrop Armand Hammer tərəfindən satın alınıb və adı "Codex Hammer" olaraq dəyişdirilib. 1994-cü ildə məşhur milyarder Bill Qeyts kitabı auksionda 30.8 milyon dollara alıb. Və beləliklə "Lester əlyazmaları" dünyanın ən bahalı kitabı adını qazanıb.
 
2. "Henri Layının İncili", qiyməti: 12,4 milyon dollar
"Henri Layının İncili" ("The Gospels of Henry the Lion") adlı kitab ilk olaraq 12-ci əsrin sonunda Almaniyada Henri Lev üçün buraxılıb. 4 İncilin mətnlərindən ibarət 266 səhifəlik əlyazmadır. Kitabın 50 səhifəsi tamamilə illustrasiyalardan ibarətdir. Hazırda, İncil Hersoq Avqust Kitabxanasında saxlanılır və təhlükəsizlik səbəblərinə görə iki ildə bir dəfə nümayiş etdirilir. Əsər 1993-cü il, dekabrın 6-da Londonda satılıb.
 

 

3."Amerikanın quşları", qiyməti: 8.800.000 dollar
"Amerikanın quşları" ("The Birds of America") 1827-ci ildə təbiətşünas və rəssam Con Ceyms Audubon tərəfindən yazılıb.
 
Kitab 21-ci əsrin əvvəlində Qatar Şeyxinə 8.800.000 dollara satılıb. Kitab təbiət, əsasəndə quşlar haqqında yazılan ən bahalı kitabdır.
 
4."Kantenberi hekayələti", qiyməti: 7,18 milyon dollar
 "Kanterberi hekayələri" ("The Canterbury Tales") Cefri Çouser tərəfindən 14-cü əsrdə yazılmış hekayələr toplusudur. Hekayələrdən bəziləri Çouserin öz şəxsi müşahidələri əsasında, bəziləri isə başqalarından eşitdiyi əhvalatlar əsasında yazılıb.
 
Əsər 1998-ci ildə Londonda 7,18 milyon dollara satılıb.
 
5."Northumberland Bestiari", qiyməti: 4,21 milyon dollar
 "Nortumberland Bestiari" ("The Northumberland Bestiary") öz dövrünün ən məşhur şəkilli kitabı idi.1990-cı ildə Londonda satılıb. "Nortumberland Bestiari" ən bahalı ingilis əlyazması rekorduna sahibdir.
 
6."Qutenberq İncili", qiyməti: 4 900 000 dollar
 "Qutenberq İncili" ("The Gutenberg Bible") Yohan Qutenberq tərəfindən çap edilən ilk kitablardan biridir, kitab 1455-ci ildə dərc edilib.1987-ci il, oktyabrın 22-də Londonda satılıb.
 
7.Motsartın 9-cu simfoniyasının əlyazmaları, qiyməti: 3,57 milyon dollar
 Volfanq Amadey Motsartın 9-cu simfoniyasının əlyazması dünyanın ən bahalı musiqi əlyazması ünvanına sahibdir və 1987-ci ildə Londonda satılıb.
 
8."Kosmoqrafiya" və ya “Ptolemeyin Coğrafiyası”, qiyməti: 4,200,000 dollar
Kosmoqrafiya 1400-cü ildə yazılmış Ptolemeyin əsas əsərlərindən biridir. 2006-cı ildə 4,200,000 dollara satılıb.
 
9."Müalicəvi Meyvə ağacları haqqında" kitab, qiyməti: 4,500,000 dollar
Bu, 1786-cı ildə Lui Duhamel du Monso tərəfindən 16 növ meyvə haqqında yazılmış bir fransız əlyazmasıdır. Bu kitab 2006-cı ildə Brüsseldə 4,500,000 dollara hərracda satılıb.
 
10. "Yəhudi İncili", qiyməti: 2,88 milyon dollar
 "Yəhudi İncili" ("Hebrew Bible") 1989-cu ilin dekabrın 5-də Londonda satılıb. Kitabın orijinalı ibrani və aramey dillərində yazılıb və indiyə kimi ibrani dilində yazılan ən bahalı əlyazma rekorduna sahibdir.