Xəbərlər

Məktəbli və gənclər arasında keçirilən milli musiqi müsabiqəsinə yekun vurulub

05.10.2013. Beynəlxalq Muğam Mərkəzində məktəbli və gənclər arasında milli musiqi müsabiqəsinin yekun turu keçirilib. Xan Şuşinksi Fondunun təşkil etdiyi müsabiqənin son mərhələsində 11 istedadlı məktəbli və gənc iştirak edib.

 

Birinci yerə iki nəfər - Gəncə şəhər 5 nömrəli musiqi məktəbinin şagirdi Müzəffər Yusifli və Azərbaycan Milli Konservatoriyası nəzdində musiqi kollecinin 3-cü kurs tələbəsi Rahilə Məhərrəmova layiq görülüb. Tovuz rayonunun Xatınlı kəndindən Şəmşad Məmmədov və Xan Şuşinski adına Ağdam muğam məktəbinin tələbəsi Ruhani Aslanlı ikinci yerə çıxıblar.

 

Samux rayon Sərkar kənd musiqi məktəbinin şagirdi Cəmil Məmmədov, Milli Konservatoriyanın nəzdində musiqi kollecinin 4-cü kurs tələbəsi Rüfət Mustafayev və həmin kollecin məzunu Cahangir Mikayılov isə müsabiqənin üçüncüsü olublar. 

 

Qaliblərə müvafiq olaraq 1000, 500, 300 manat mükafat verilib. Yekun turunun bütün iştirakçıları diplomla təltif edilib.