Şeirlər

Əli Nasir. Çərşənbə

Qapın papaqları, dəsmalları tez,

Kəndi həyət-həyət gəlin gəzək biz.

Gözləyir hər evdə bizi ən ləziz,

Şirnilər, meyvələr, qızıl yumurta.

Pay alaq, ürəkdə bir dilək tutaq,

Xəlvət söhbətlərə qulaq verərək,

Gözəl çərşənbəyə "xoş gəldin” deyək.

 

 

Dönər evlərinə səfərdəkilər,

Bütün ürəklərdən küsü çəkilər.

Bu günə paltarlar təzə tikilər,

Bayram payımızdan yeyək doyunca,

Şənlik kəsilməsin dan ağarınca.

Bülbüllər ötüşər, açar gül-çiçək,

Gözəl çərşənbəyə “xoş gəldin” deyək.