Xəbərlər

19 avqust Dünya Fotoqrafiya Günüdür

Fotoqrafiya-ünikal təzahürdür.Axı fotoşəkillərə biz maraqlı hadisələri ,qəşəng mənzərələri ,sevdiyimiz insanları təkrarlanmayacaq hadisələri həkk edirik. Bu da imkan verir ki , keçmişə qayıdıb həyatımızın unudulmaz anlarını göz önündən keçirək.Fotoqrafiya təkcə maraq deyil o həm şövq həm peşə və hətta incəsənətdir.

 
2009 –cu ildə Avstraliyalı fotoqraf Korske Aranın təşəbbüsü ilə 19 avqust Beynəlxalq Fotoqrafiya Günü kimi qeyd edilir. Bu tarix təsadüfən seçilməyib. 


19 avqust  1839-cu il Fransa höküməti fransız kimyaçısı və ixtiraçısı Lui Jak Mande Daqerin daqerrotipin (iz) alınması metodu haqqındakı patentini alaraq, daqerrotipin kəşfini dünya ictimaiyyətinin sərvəti  etmişdir.


İlk dəfə 2010-cu ildə qeyd olunan bu gün insanlara özlərini ifadə etməyə imkan verən və ictimaiyyətin diqqətini çəkən fotoqrafiya elminin və sənətinin qlobal bayramıdır.


Hər il avqustun 19-da dünyanın hər yerindən peşəkar və həvəskar fotoqraflar müxtəlif şəkillər çəkərək #worldphotoday həştəqi vasitəsilə izləyiciləri ilə paylaşırlar.