Şeirlər

Mobil Quluzadə. "Balaca Sevər"

Bir gün çıxdı otaqdan

Bizim balaca Sevər.

İstədi ki, böyürtkən

Yığıb qayıtsın evə.

Tikanlar ətəyindən

Tutub saxladı yolda.

Gözlədilər gəlmədi,

İlişib qaldı kolda.