Şeirlər

Mobil Quluzadə. "Ətir"

Bir gün ətir şüşəsini

Almaz açdı,

Onu görüb, ətir qaçdı.

Qoşularaq küləklərə,

Gedib qondu çiçəklərə.

Çox axtardı Almaz onu,

Bilmədi ki, açıq qoymaq

Olmaz onu,

Dedi nənə, daha sənə

Söyləmərəm ətir gətir.

- Niyə qızım?

- Uşaqları görən kimi

Qaçır ətir.