Bu maraqlıdır!

Qırmızı banan

Ekzotik meyvə sayılan “Qırmızı banan” əsasən  Cənubi Amerika və Asiyada yetişdirilir. Qırmızı banan normal banandan daha kiçik ölçülü, qabığı tünd qırmızı və ya bənövşəyi rənglərində olur. Yetkinləşdikcə rəngi daha da tündləşir. 


Dadı sarı banana yaxın olan qırmızı bananda yüngül moruq, çiyələk və manqo әtirlilәri dә vardır. Marmalad, çips, şokolad, pudinq, biskvit kimi məhsullarda istifadə edilən qırmızı bananın eyni zamanda unu da çıxarılır.


Qırmızı banan insan orqanizmi üçün çox  faydalıdır. Bu möcüzəvi meyvə, həm təbii antidepressant təsiri ilə stressdən qoruyur, həm də həzmi asanlaşdırır.


Qırmızı bananın tərkibindəki vitamin və minerallar sarı banandan fərqli deyil. Əsəbilik, yorğunluq, qanazlığı və yuxusuzluğa səbəb olan B6 vitamini çatışmazlığına qarşı banandan istifadə edilir. Bundan əlavə, bananın rəngi nə qədər tünddürsə, deməli C vitamini və beta karotin baxımından o qədər zəngindir.


Bu meyvə həzmi də asanlaşdırır. Elə bu xüsusiyyətində görə uzun müddət qəbul edildikdə, hətta insanı arıqlada da bilər. 


Qida mütəxəssisləri onun təbii antidepressant kimi də qiymətli olduğunu hesab edirlər.