Afişa

Bakıdakı Rus Evi noyabr ayı üçün tədbirlər proqramını açıqlayıb

Bakıdakı Rus Evi noyabr ayı üçün tədbirlər proqramını açıqlayıb.

 

AZƏRTAC tədbirlər planını təqdim edir:

 

3 noyabr - “Qafqaz” beynəlxalq foto klubunun şəhər mənzərələrinin çəkilişi üzrə ustad dərsi,

 

4-5 noyabr - Bakıda və Gəncədə “Böyük etnoqrafik diktant” adlı beynəlxalq maarifləndirici aksiya,

 

5 noyabr - Gəncə Milli Filarmoniyasında Rusiyanın Xalq artisti Nadejda Krıqinanın konserti,

 

16 noyabr - “Birgə oxuyuruq” adlı uşaq ədəbi məclisi,

 

18 noyabr - Marina Svetayevaya həsr olunmuş “Başqa Svetayeva” adlı ədəbi gecə,

 

20 noyabr - Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında Müslüm Maqomayevin 80 illiyinə həsr olunmuş konsert,

 

22 noyabr - Xalq artisti Şövkət Ələkbərovanın 100 illik yubileyinə həsr olunmuş konsert,

 

24 noyabr - yazıçı, ssenarist Maqsud İbrahimbəyova həsr olunmuş yaradıcılıq gecəsi,

 

25 noyabr - Rus Dili Tədris-Metodiki Mərkəzinin rus dili və ədəbiyyat müəllimləri üçün “Rus dilinin mənimsənilməsinin bütün mərhələlərində lüğətlərlə səmərəli işləmək üçün metodiki tövsiyələr” adlı seminarı.