Şeirlər

Abdulla Şaiq. Payız

Payız olur, əsir soyuq küləklər,
Solur dağda, çöldə əlvan çiçəklər.
Gecələr uzanır, günlər qısalır,
Göy üzünü qara buludlar alır.
Yağış yağır, duman çökür çöllərə,
İnildəyir çayır, çəmən, dağ, dərə.
Ağaclarda nə meyvə var, nə yarpaq,
Bağ-bağçalar olmuş bütün çıl-çılpaq,
Quşlar uçub dəstə-dəstə gedirlər,
İsti yerə köçüb, qışlaq edirlər.