Bu maraqlıdır!

Qələmin neçə yaşı var

Hər gün istifadə etdiyimiz və həyatımızın mühüm bir əşyası olan qələmin tarixi haqqında nə bilirik?


İlk qələm 1888-ci ildə Amerika Birləşmiş Ştatlarında Con Loud tərəfindən ixtira olunub.


Bu gün istifadə etdiyimiz diyircəkli qələmləri isə ilk dəfə 1938-cı ildə macar ixtiraçısı Laslo Biro icad edib. Bəzən biro adlandırdığımız bu qələm ilk dəfə hərbi aviasiya üçün hazırlanıb, çünki yüksəklikdə əvvəlki növ qələmlərdən mürəkkəb çıxmırdı.


1943-cü ildə həmin qələmin satışı üçün ilk nümunələr hazırlanıb. 1945-ci ildə onlar Nyu-Yorkda satışa çıxarılıb. Bu zaman alıcıların sayı o qədər çox olub ki, hətta işə polislər də cəlb olunub. Bir gun ərzində 10 min qələm satılıb.


Qələmin diyircəkli, mürəkkəbli, uclu, tük və divit nümunələri vardır.