Mədəni irsimiz

Ağudi qəbirüstü abidəsi

Ağudi qəbirüstü abidəsi Qarakilsə nahiyəsinin Ağudi kəndində, Sisian şəhərindən 5 km məsafədə, Ağudi-Sisian yolunun kənarında yerləşir.

 

Ağudi qəbirüstü abidəsi VII əsrdə tikilmişdir. Ağudi abidəsi üç mərtəbəli quruluşa malikdir. Abidənin birinci mərtəbəsi geniş meydançanı xatırladır. Bu meydançanın altında iki giriş qapısı olan tağvari kiçik mağara diqqəti cəlb edir.

 

İkinci mərtəbə yanlarda dördbucaq şəkilli iki sütundan və ortada səkkizbucaqlı bir sütundan ibarətdir. Hər iki kənar sütun tağvari hörgü vasitəsilə orta sütunla birləşmişdir.

 

Abidənin üçüncü mərtəbəsi gözəl memarlıq quruluşuna malik üç sütundan ibarətdir. Ağudi kəndi Sisian rayonunun ən qədim azərbaycanlı kəndlərindən biri idi.