Nağıllar, hekayələr

Vladimir Suteyev. Ərköyün pişik

Balaca qızcığaz masa arxasında oturub şəkillər çəkirdi. Birdən zolaqlı Pişik onun yanına gəldi və Qızın nə etdiyini izləməyə başladı.

 

- Nə edirsən? - pişik maraq göstərərək qızdan soruşdu.

 

- Mən sənin üçün ev çəkirəm - qız dedi - Bax bu evin damıdır, bu bacası,  bu isə qapısıdır...

 

- Mən orada nə edəcəm axı?

 

- Sobanı qızdıracaqsan, sıyıq bişirəcəksən.

 

Qız evin bacasından çıxan tüstü şəkli də çəkdi.

 

- Bəs pəncərə haradadır? Axı pişiklər pəncərədən tullanırlar! - pişik soruşdu.

 

- Budur pəncərələr. Bir, iki, üç, dörd ... - Qız dedi və dörd pəncərə çəkdi.

 

- Bəs harada gəzəcəm?

 

- Burada.

 

Qız evin ətrafında bir çəpər çəkdi.

 

- Bura bağ olacaq! - qız dedi.

 

Pişik başını qaldırıb mırıldadı:

 

- Bu necə bağdır? Burada heç bir şey yoxdur! ..

 

- Gözlə! -qız dedi. - Budur sənin üçün rəngarəng çiçəklər, üstü dolu alma ağacı, tərəvəz bağçası: burada isə yerkökü və kələm bitir...

 

- Kələm! - pişik mızıldandı - Bəs balığı harada tutacam?

 

- Budur burada ...


Qız bir gölməçə və gölməçənin içərisində üzən balıqlar çəkdi.

 

Bu yaxşıdır... Bəs quşlar olacaq? - pişik maraq ilə soruşdu. - Mən quşları sevirəm.

 

- Onlar da olacaq. Bax sənin üçün bu toyuqlar, bu xoruz, bu qaz, bax burda da üç cücə var...

 

Sonra Pişik qəfildən pəncələrini yaladı və səssizcə soruşdu:

 

- Yaxşı, de görüm, evdə siçanlar olacaq?

 

- Xeyr, siçanlar olmayacaq.

 

- Bəs onda evimi kim qoruyacaq?


- Onu qoruyacaq.... - qız bir dam çəkdi, damın içində isə bir it - Evini bax bu Bobik it qoruyacaq!

 

Pişik itin şəklini görən kimi quyruğunu tərpətdi  və tükləri də biz-biz durdu.

 

Sənin evin heç xoşuma gəlmir - pişik dedi. - Orada yaşamaq istəmirəm! - deyib çıxıb getdi, sanki onu incitmişdilər.

 

Ay nə yaman ərköyün pişikdi bu!