Şeirlər

Hikmət Ziya. Dovğa və çömçə

Daşdı qazanda Dovğa,
Öyündü lovğa-lovğa:
- Görürsünüz, hamıya
Necə can yandırıram?
Taxta Çömçə nəyimdir,
Onu dolandırıram?!