Təbiət

Fantastik ayaqları olan Amerika qaşqaldağı

Amerika qaşqaldağı (lat. Fulica americana) - fantastik ayaqları olan ecazkar bir su quşudur. Şimali Amerikanın bəzi su hövzələri və bataqlıqlarında yayılmışdır.

 

Amerika qaşqaldağı uzunömürlü quş hesab edilir, ən çox yaşayan fərd - 22 il yaşamışdır.


Quşun bədən uzunluğu təxminən 40 sm, kütləsi isə 445-1250 q-dır. Yetkin quşlar tünd boz rəngdədilər. Dimdiyi və qaşqası ağdır, qaşqasının yuxarı hissəsində qəhvəyi bir ləkə var. Ayaqları — sarımtıl rəngdədir. Bu quşa qeyri-adi görünüş bəxş edən iri pəncələri isə mavi çalarlarıdır. Bala quşlar tünd bədən rənginə sahibdilər, başları və dimdikləri parlaq qırmızıdır. Bala qaşqaldaqlaq 4 aylıq olduqda, yetkinlərin rəngini alırlar. Erkək və dişinin ölçüsü təxminən eynidir, dişi bir qədər kiçikdir. Hər iki cinsin nümayəndələri çox oxşayırlar, lakin erkək ritual cütləşmə rəqsi zamanı göstərdiyi əsas lələyin rəngi ilə seçilir.


Amerika qaşqaldağı ilk dəfə 1789-cu ildə Cohan Fredrix Gmelin tərəfindən təsvir edilmişdir. Bundan əlavə, qaşqaldaq cinsinin 11-dən çox növü aşkar edilmiş və dünyada yayılmışdır.

 

Amerika qaşqaldalğının yaşayış yeri — Şimali Amerikadakı açıq bataqlıqlar, qamışlarla əhatə olunmuş şirin su hövzələri və ləng axan çaylardır.


Bu quşlar köçəridir, lakin bəzən qış fəsillərində belə sahil boyu müvəqqəti yuva qura bilərlər.


Amerika qaşqaldağı yaxşı üzür və suyun 4 m dərinliyə qədər dala bilir. Suyun altında adətən 10 saniyə, bəzən hətta 2,5 dəqiqəyə qədər qala bilir.

 

Həm suda, həm də quruda qidalanır. Həm bitki, həm də heyvan qidası yeyir.

 

Yuvalarını sahil bitkilərinin kolluqlarında qururlar. Cütləşmə dövründə öz növlərinin nümayəndələrinə qarşı aqressiv davranırlar. Cütləşmə mövsümü xaricində nəhəng sürü şəklində yaşayırlar.


Yay cütləşmə mövsümündə Amerikanın Sakit okeanı və Cənub-Qərbi əyalətlərinə, eləcə də Meksikanın Şimal-Şərq bölgələrinə uçurlar. Qışda, Panamanın Cənubunda belə bu quşlara rast gəlinir.


Dişi qaşqaldaqlar cücələrini təhlükəsiz saxlamaq üçün suyun səthində həqiqi gəmi inşa edə bilirlər. Üzən bir yuva qurduqdan sonra, bir dəfəyə oraya 10 və ya daha çox yumurta qoyurlar.


Amerika qaşqaldağı yuvaya yaxınlaşan hər kəsə qarşı olduqca ehtiyatlıdır, demək olar ki, çox aqressiv olurlar. Bu dövrdə quşların əsas düşmənləri: yumurtalarını yeməyi sevən Amerika qarğaları, qara lələkli sağsağanlar və Forsterin quşlarıdır. Bundan əlavə, yırtıcı məməlilər - qırmızı tülkülər, çaqallar, skunkslar və yenotlar qaşqaldaqların yuvalarını yaxından izləyirlər. Bu quşun digər düşməni ovçulardır. 


Quşun əti yemək üçün istifadə olunur.


Amerika qaşqaldağı  nəsli kəsilməkdə olan bir növ sayılmır, buna görə də quşlar zərərverici olduğundan bu növün məhvi hətta təşviq olunur. Cənub-şərq əyalətlərində idman marağı kimi ov edilir.


Amerika qaşqaldağının bataqlıq ərazilərdə yayıldığından, elm adamları ətraf mühitdəki toksinlərin səviyyəsini və çirklənməsini idarə etmək üçün quşlardan istifadə edirlər.