Bədii filmlər

"Yer kürəsinin tarixi 2 saat ərzində" - sənədli film

Yer kürəsinin yaranmasından, burada həyatın əmələ gəlməsindən tutmuş bəşəriyyətin təşəkkül tapmasına və inkişafına qədər bütün dünya tarixi  BBC-nin  bir sənədli filmində yer alıb. Filmin müəllifləri Böyük partlayışdan tutmuş bizim günlərədək dünyanın tarixindən danışırlar. Planetimiz insanın yaranmasına necə hazırlaşıb? Necə Daş dövrü parovozun ixtira olunmasına gətirib çıxarıb? İlk şəhər və sivilizasiyalar necə yaranıb? 
Hər şey 13,7 milyard il əvvəl bütün aləmin bir yerə toplandığı çox kiçik Kainatdan başlayıb.  Sonra Böyük partlayış baş verib. İndiyədək mövcud olan bütün enerji bir anda üzə çıxıb. Sonra Yer kürəsi əmələ gəlib, burada həyat üçün əlverişli şərait yaranıb. Yer kürəsi inkişaf edib, həyat isə enerji uğrunda mübarizə aparıb və getdikcə də mürəkkəbləşib. Nəhayət, bəşəriyyətin yaranması üçün şərait yetişib. Biz daşı və alovu ram etmişik. Buzlaqlar dövrü başlayanda bütün dünyaya səpələnmişik. Buzlaqlar əriyəndə müxtəlif materiklərdə bir-birimizdən ayrı düşmüşük. Biz bitkiləri və heyvanları öz iradəmizə tabe etməyi öyrənmişik. Amma nə iş görürüksə-görək, kim oluruqsa-olaq, biz həmişə keçmişin canlı şahidləri olacaq və eyni zamanda hər gün tarix yaratmağa davam edəcəyik.
 
Film rus dilində təqdim olunur.