Xəbərlər

Uşaqlar üçün yeni nağıllar kitabı çap olunub

Uşaq yazarı Mehriban Nağıyevanın yeni kitabı işıq üzü görüb. “Latın” Nəşriyyatı tərəfindən “CBS PP” MMC mətbəəsində çap olunan kitabda müəllifin balacalar üçün 3 nağıl və 1 hekayəsi yer alıb. 


“Paxıl toyuq”, “Əsmərin sehrli zənbili”, “Lovğa tülkü” və “Dərli kirpi” uşaqlar üçün maraqlı olmaqla yanaşı, ibrətamiz xarakterlidir. Nağıllar kitabını şəhərin kitab mağazalarından əldə etmək olar. 


Kitabın tərtibatçısı Rəşid Qasımov, dizayner Elçin Əmin, Rəssam Mərziyə Tağıyevadır.