Təbiət

Maytake göbələyi

Maytake el arasında rəqs edən göbələk kimi də məşhurdur. Onun elmi adı qrifoladır. Bu iri göbələyin əsası çox iri olub diametri 50 sm-ə, birinin çəkisi isə 4 kq-a çatır.


Maytakenin latınca adı olan qrifon sözü yunan mifologiyasında qızılları qoruyan heyvan adından götürülmüşdür. Yapon dilindən tərcümədə isə may-rəqs, take-isə göbələk deməkdir. Göbələk yabanı halda Yaponiya, Şərqi Çin, Cənub-şərqi Asiya ərazisində yetişir.
1195-ci ildə yapon professoru Takişi Midano öz əlyazmalarında bu göbələk barədə xatırlatma verir. Bildirir ki, hələ e. ə. 206-cı ildə Xan sülaləsindən olan Çin imperatorlarının arxivində o dərman kimi qeyd edilmişdir. Keçən əsrin 80-ci illərindən bu göbələyi meyvə ağaclarında yetişdirirlər.


Maytake göbələyinin istifadə tarixi bizim əsrin IV-V əsrlərinə gedib çıxır. Yaponiya və Çində bu göbələk zəifləmiş immun sistemin müalicəsi zamanı istifadə edilirdi. Maytake yabanı halda Yaponiya meşələrində və Çinin bəzi rayonlarında yetişir.


Maytake göbələyinə rəqs edən göbələk də deyilir. Çünki bəzi mənbələrə görə onu dərməmişdən öncə müəyyən ritual rəqs ifa edilməli idi, deyilənə görə əks təqdirdə o öz müalicəvi xüsusiyyətini itirə bilərdi. Digər mənbəyə görə isə feodalizm dövründə bu göbələyi kasıb insanlar tapdıqda sevinclərindən rəqs edərmişlər. Yaponiyada maytakeni geyş və ya gözəl qamət göbələyi adlandırırlar. Deyilənə görə məhz maytake sayəsində yapon xanımları gözəl qamətə sahib olurmuş. Bir çox ölkələrdə göbələk müalicəvi xüsusiyyətlərinə görə çox məşhurdur. Lakin onun orijinal dadına görə artıq kulinariyada da tətbiq etməyə başlayıblar. Hal-hazırda maytake Yaponiyanın şimal-şərqində, Çində isə meyvə ağaclarının xüsusi plantasiyalarında yetişdirilir. Maytake dünyanın ən qiymətli və bahalı göbələklərindən hesab edilir. Hətta orta əsrlərdə Çində onun çəkisinin qiyməti gümüşün qiymətinə bərabər tutulurdu. Bu göbələk o qədər qiymətli idi ki, hətta onun bitdiyi yeri qoruyar, hamıdan gizlədər, nəsildən-nəsilə vəsiyyət edərək ötürərdilər.


Rusiya ərazisində o az rast gəlindiyinə görə adı artıq Qırmızı kitaba daxil edilmişdir.