Bu maraqlıdır!

Teleqraf

Teleqraf sözü yunan sözündən əmələ gəlmişdir: “tele”-uzaq, “qrafo”-yazıram deməkdir.


XIX əsrin ortalarınadəkAvropa materiki və İngiltərə adası-Avropa və Amerika qitələri arasında yeganə rabitə vasitəsi gəmilərlə daşınan poçt idi. Başqa ölkələrdə baş vermiş hadisələr haqqında xəbəri insanlar çox gec, həftələr və hətta aylar keçdikdən sonra eşidirdilər. Buna görə də teleqrafın icad edilməsi insanların ən zəruri tələbatını ödədi. Teleqrafı bəşəriyyətin ən mühüm ixtiralarından hesab etmək olar. Bu sahədə böyük əmək sərf etmiş alimlərin-Zemerenqin, Şveyqerin, Şiilinqin, Şteyngelin, ingilis Kukun adlarını çəkmək olar. Lakin bütün dünyada qəbul edilmişvə geniş yayılmış çox sadə və səmərəli cihazı ixtira etmək şərəfi onlara deyil, amerikan rəssam və ixtiraçısı Samuel Morzeyə (1791-1872) nəsib olmuşdur. 1832-ci ildə Morze Avropadan Amerikaya gəmi ilə səyahət edərkən bekarçılıqdan boş vaxtını elektromaqniti öyrənməyə sərf etmişdir. İllər keçdikcə Morze qurğularını, işləmə qaydalarını kəşf etdi. 1837-ci ildə öz ixtirasını nümayiş etdirir.Siqnal 1700 fut uzunluqda naqillə ötürürlür. 


Daha 6 il keçdi. O, ABŞ hökumətini öz cihazının faydalı olmasına inandirmağa sərf etdi. Yalnız 1843-cü ildə ABŞ konqresi Vaşinqtonla Baltimor arasında 64km məsafəyə teleqraf xətti çəkilməsi üçün 30000 dollar ayrılması haqqında qərar çıxartdı. 


Nəhayət, ilk məlumat yəni müasir dillə desək sms 27 may 1844-cü ildə  Vaşinqtondan Baltimora göndərilir.Məlumatın mətni isə belə idi: "Tanrım, sənin işlərin möcüzəlidir" Məlumatın göndərilməsi üçün rus alimi Yakobi tərəfindən kəşf edilmiş açardan, qəbulu üçünsə elektromaqnitdən istifadə olunmuşdur hansı ki, onun lövbəri mürəkkəbli peronun kağız üzərində hərəkətini idarə edirdi. 
Yaratdığı teleqraf aparatını mükəmməlləşdirmək yolunda Morze 1838-ci ildə teleqraf əlifbasını-kod"u ixtira etdi.Həmin kod indiki istifadə olunan koddan müəyyən qədər fərqli idi.Bir çox tədqiqatçılar isə belə hesab edir ki, onun müəllifi Alfred Veyl olmuşdur.


Qeyd etmək lazımdır ki, əvvəlki "Morze kodu"  indikindən çox fərqli idi. Morze əlifbasının müasir variantı 1939-cu ildə formalaşır. Maraqlıdır ki, hələ XX əsrin 60-cı illərinin ortalarınadək  Morze kodunun ilkin variantı bəzi dəmiryolu stansiyalarında istifadə olunurdu.


Artıq 4 ildən sonra teleqraf artı əksər ştatlarda qurulmuşdu. Beləliklə, teleqraf ildırım surəti ilə yayılmağa başladı.