Nağıllar, hekayələr

Mark Tven . Tom Soyyerin Macəraları. VII fəsil

Tom nə qədər diqqətini cəlb etmək istəyirdisə, o qədər də fikri dağilır və parçalanırdı. Nəhayət, o, köksünü ötürdü, əsnədi və oxumaqdan əl çəkdi. Ona elə gəlirdi ki, böyük tənəffüs heç bir zaman gəlib çatmayacaq. Hava tamamilə hərəkətsizdi, heç meh də əsmirdi. Bu, cansıxıcı günlərin ən cansıxıcısı idi. Sələ dərsi əzbərləməkdə olan lyirmi beş şagirdin yuxugətirici mızıltısı arı vızıltısı kimi adama elə bil layla çalırdı. Pəncərədən bayırda, isti günəşin şəfəqində, bürkü dumanı arasından göyümsov görünən havada Kardif dağının qıvrım yamaclarının yaşılıqları gözə çarpırdı; iki-üç quş qanadlarını gərərək, göyün üzuüdə lap yuxarılarda tənbəl-tənbəl uçurdu; küçədə heç kəs görünmürdü, yalnız bir neçə inək gözə çarpırdı ki, onlar da mürgüləyirdilər. 

 

Tomun ürəyi azadlığa çıxmağa və bu sıxıntılı saatları qısaltmaq üçün əyləncəli bir şey tapmağa can atırdı. O, əlini cibinə saldı, o saat üzü güldu, sifətində sevınc parladı. Yavaşca piston qutusunu cibindən çıxardı, gənəni götürüb, uzun, hamar partanın üstünə buraxdı. Yəqin ki, bu işə gənə də sevinmişdi, lakin onun sevinci vaxtından qabaq idi; o razılıqla yola düşüb getmək istəyən kimi Tom əlindəki sancaqla onun yolunu kəsdi və başqa tərəfə getməyə məcbur etdi. 

 

Tomun yanında onun ayrılmaz dostu oturmuşdu; bir az əvvəl Tomun çəkdiyi əzabı o da çəkirdi; indi isə, o bu əyləncə ilə çox maraqlanıb. böyük razılıq hissi ilə onun iştirakçısı oldu. Bu ayrılmaz dost Co Qarper idi. Bu uşaqlar adətən bütün həftəni dostluq edər, bazar günləri isə bir-birlərilə döyüşərdilər. Co da pencəyini yaxasından sancaq çıxarıb, əsirə təlim verməyə başladı. Oyun get-gedə daha maraqlə olurdu. Bir azdan Toma elə gəldi ki, ikilikdə onlar bir-birlərinə mane olurlar və heç biri gənədən həqiqi həzz ala bilmir. O, Co Qarperin qrifel taxtasını skamyanın üstünə qoydu və yuxarıdan aşağıya doğru bir xətt çəkərək, onu iki hissəyə bölüb dedi: 

- Bax, necə ki gənə sənin tərəfindədir, sən onu sancaqla qova bilərsən, mən əl vurmayacağam. Ancaq sən onu əldən buraxsan və o keçib mənim tərəfimə gəlsə, onda daha sən ona dəymə, mən özüm qovacağam. 

- Yaxşı, ötür gəlsin! 


Gənə çox tezliklə Tomu tərk edərək ekvatoru keçdi. Co bir qədər ona əzab verdi, sonra gənə onun tərəfindən qaçıb yenə sərhədi keçdi. O, elə hey o tərəfdən bu tərəfə, bu tərəfdən o tərəfə keçirdi. Uşaqlardan biri məşğələyə bərk uyaraq gənəni marala qovduğu müddətdə, o birisi eyni maraqla ona tamaşa edirdi. Hər ikisinin başı taxtanın üzərinə əyilmişdi, bundan başqa dünyada heç bir şey onlar üçün mövcud deyildi. Axıra yaxın elə bil ki, Co Qarperə xoşbəxtlik üz vermişdi. Gənə gah o tərəfə, gah bu tərəfə qaçırdı və görünür ki, uşaqların özlərindən az həyəcanlanmırdı. Qələbə az qala Tom tərəfində olanda və gənəni itələmək üçün Tomun əli gicişəndə Co Qarper cəld tərpənərək, o saat sancaqla gənənin istiqamətini dəyişdi və onu öz tərəfində saxlaya bildi. Nəhayət, Tomun səbri tükəndi. Bu oyun onu cəlb etmişdi. O, əlini uzadıb sancaqla gənəni öz tərəfinə itələdi. Co tez özündən çıxdı. O, Toma dedi: 
- Tom, gənəni rahat burax! 
- Mən bir az onu hərəkətə gətirmək istəyirdim. 
- Yox, ser, bu namuslu hərəkəi deyil! Onu rahat buraxm! 
- Axı, mən bir azca qovmaq istəyirəm! 
- Sənə dedilər ki, gənədən əl çək! 
- Əl çəkməyəcəyəm! 
- Gərək əl çəkəsən, çünki o mənim tərəfimdədir! 

-Bura bax, Co Qarper, bu gənə kimindir? 
- Kimin olur olsun, bunun mənə dəxli yoxdur! Bir halda ki, məninı tərəfimdədir, sən ona əl vurmamalısan. 
- Lap yaxşı əl vuracağam. Öz gənəmdir, kefim nə istəyir, onu da edəcəyəm! 

Tomun çiyninə dəhşətli bir zərbə endirildi, beləcə bir zərbə də Conun çiyninə endi. Düz iki dəqiqə onların gödəkcələrindən qalxan toz ətrafdan çəkilmədi, şagirdlər onlara baxır, gülməkdən ölürdülər. 

Uşaqların başı oyuna elə qarışmışdı ki, müəllimin xəlvətcə otağın o başından bu başına gəlib onların arxasında dayandığını və başqa şagirdlərin birdən-birə səslərini kəsdikləri hiss etməmişdilər. Müəllim tamaşada bir qədər dəyişiklik əmələ gətirməzdən əvvəl uzun müddət səssiz dayanıb baxmışdı.

Məktəblilər böyük tənəffüsə buraxılanda Tom, Bekki Tetçerin yanına qaçaraq pıçıltı ilə ona dedi: 
- Şlyapanızı başınıza qoyun, guya ki, evinizə gedirsiniz, tinə çatdıqda birtəhər o biri qızlardan dala qalın, döngəyə burulun, sonra isə yenə də geri qayıdarsınız. Mən də elə edəcəyəm - bundan başqa yolla gedəcəyəm, sonra da yoldaşlarımdan ayrılıb qaçacağam. 

 

Onlar dedikləri kimi də etdilər: Tom bir dəstə məktəbli ilə getdi, qız isə başqa bir dəstə ilə. Bir neçə dəqiqədən sonra hər ikisi döngənin axırında görüşüb, məktəbə qayıtdılar. Məktəbdə onlardan başqa heç kim qalmamışdı. Hər ikisi bir skamyada əyləşib, qrifel taxtasını da qarşılarına qoydular. Tom Bekkinin əlinə bir qrifel verdi, özü isə qızın əlindən tutub taxtanın üzərındə gəzdirməyə, şəkil çəkməyi öyrətməyə başladı. Bu qayda ilə yenə də gözəl bir ev şəkli çəkdilər. Bundan sonra incəsənətə olan maraqları bir qədər zəiflədi, onlar söhbət etməyə başladılar. Tom səadət dəryasında üzürdü. O, Bekkidən soruşdu:
- Sizin siçovullardan xoşunuz gəlirmi? 
- Yox, heç görməyə gözüm yoxdur. 


- Əlbəttə, dirilərindən elə mənim özümün də zəhləm gedir. Mən ölülərindən danışıram ki, quyruğuna ip bağlayıb başının üstündə fırladasan. 
- Yox, siçovulları o qədər də sevmirəm. Mən hər şeydən artıq rezın çeynəməyi sevirəm. 
- Onu sevməmək olar? Elə mən də sevirəm. Kaş indi bir az olaydı, çeynəyəydik.
- İstəyirsinizmi? Məndə bir az var. Verim çeynəyin, ancaq sonar özümə qaytarın. Tom razı oldu, onlar kefiköklükdən ayaqlarını yellədə-yellədə növbə ilə rezini çeynəməyə başladılar. Tom xəbər aldı: 
- Siz heç sirkdə olmusunuzmu? 
- Hə, atam deyib ki, özümü yaxşı aparsam, hələ yenə aparacaq. - Ancaq mən getmişəm. Üç dəfə, hələ desən, dörd dəfə. Sirkin yanında kilsə bir zibil deyil. Sirkdə həmişə müəyyən bir şey göstərirlər. Yekələndə mən də sirkə gedib kloun olacağam. 
- Doğrudan? Lap yaxşı olar! Onlar elə qəşəngdirlər ki... Paltarları da başdan-ayağadək al-əlvan olur. 
– Elədir. Nə qədər də desən pul qazanırlar. Ben Rocers deyir ki, guya gündə düz bir dollar alırlar. Bura baxın, Bekki, siz heç adaxlanmısınızmı? 
- O nə deməkdir ki? - Necə yəni nə deməkdir? Əvvəlcə adaxlanırlar ki, sonra ərə getsinlər.
- Yox, mən heç adaxlanmamışam. 
- Adaxlanmaq istərdinizmi? 
- Bəlkə də. Düzü, heç bilmirəm. O nəyə oxşayır? 
- Nəyə oxşayır! Nəyə oxşayacaq, heç bir şeyə. Siz sadəcə olaraq oğlana deyirsiniz ki, ömrünüzdə ondan başqa heç kimə ərə getməyəcəksiniz, vəssalam. Bunu kim istəsə edə bilər

 

Taxtaya yazdığım sözlər yadınızdadırmı? - Hə... - Nə deyirsiniz? - Bir söz deyə bilmərəm. - Bəlkə mən sizə deyəm? - Yaxşı, ancaq başqa bir vaxtda. - Yox, mən indi istəyirəm. - İndi yox, yaxşı olar ki, sabah deyəsiniz. - Yox, indi yaxşıdır. Bekki, razı olun, nə olar! Mən lap yavaşcadan, pıçıltı ilə deyərəm.

 

Bekki tərəddüd etdiyindən Tom bunu razılıq əlaməti kimi başa düşdü, onun çiyinlərini qucaqladı, ağzını az qala qulaqlarına yapışdıraraq incə bir səslə pıçıldadı: "Mən səni sevirəm!" Sonra isə əlavə etdi: - İndi həmin sözləri sən də mənə pıçılda. Qız bir qədər müqavimət göstərdikdən sonra dedi: - Üzünüzü yana çevirin ki, heç bir şey görməyəsiniz, onda pıçıldaram. Ancaq ki, heç kəsə danışmayın, heç kəsə, yaxşımı, Tom? Heç kəsə danışmazsınız ki?
 - Yox, heç kəsə bir söz demərəm. Hə, Bekki, de görək! Tom üzünü yana çevirdi. Qız o qədər yaxına gəldi ki, onun nəfəsindən Tomun başının tükləri tərpəndi. O, pıçıltı ilə dedi: - Mən sizi... sevirəm! Bunu dedikdən sonra qız sıçrayıb yerindən qalxaraq skamyalarm ətrafında qaçmağa başladı. Tom da onun ardınca qaçırdı, sonra qız bir küncə sıxılaraq, ağ döşlüyü ilə üzünü örtdü. 

 

Bilirsən, daha bundan sonra sən heç kəsi sevməməlisən və məndən başqa heç kəsə ərə getməməlisən. Bu daha həmişəlik, ömürlük bir şey oldu. Yaxşı, Bekki? - Hə, Tom, bundan sonra heç kəsi sevməyəcəyəm, ərə də səndən başqasna getməyəcəyəm, ancaq sən də məndən başqası ilə evlənmə. - Bəs necə, əlbəttə. Belə də olmalıdır. Məktəbə də birlikdə gələcəyik, görən olmayanda evə də bir yerdə gedəcəyik. Oyun oynayanda da həmişə sən məni seçəcəksən, mən də səni. Qayda beləlir, nişanlı oğlanla qız həmişə belə edirlər! - Nə yaxşıdır! Mən heç bilmirdim. - Eh, bu elə ürəkaçan işdir ki! Biz Emi Lourens ilə... Tom qızın geniş açılmış gözlərini gördükdə başa düşdü ki, ağzından söz qaçırmışdır, pərt olaraq susdu. 
- Ah, Tom! Demək mən sənin ilk sevgilin deyiləm? Sənin bir dəfə nişanlın olub? Bekki ağladı. Tom dedi:

 

- Bekki, ağlama! Mən onu daha sevmirəm. 
- Yox, Tom, sevirsən, özün bilirsən ki, sevirsən! Tom onu qucaqlamaq istədi, lakin qız onu itələdi, üzünü divara çevirərək ağlamaqda davam etdi. Tom bir də onu sakitləşdirməyə təşəbbüs etdikdə qız onu yenə itələdi. Bunu görən Tom özünü sındırmaq istəməyərək, Bekkidən üz çevirdi və sinifdən çıxıb getdi. O, çöldə durub uzun müddət tərəddüd və həyəcan içində gözlərini qapıya dikdi ki, bəlkə Bekki peşman olub onun dalınca çıxdı. Ancaq qız gəlmirdi ki, gəlmirdi. Tomun ürəyindən qara qanlar axdı, qorxdu ki, birdən qız onu bağışlamaz. İlk addım atmaq üçün özü ilə uzun müddət mübarizə etdikdən sonra, nəhayət, qərara gəlib sinfə girdi. Bekki hələ də küncdə üzü divara tərəf duraraq hıçqırırdı. Tom vicdan əzabı çəkdi. Ona yaxınlaşaraq dayanıb durdu, bilmədi işə necə girişsin. Sonra çəkinə-çəkinə dedi: 

 

- Bekki, mən ... mən səndən başqa heç kəsi sevmirəm. Cavab gəlmədi, qızın yalnız hıçqırıq səsləri eşidilirdi. Tom yalvarmağa başladı: - Bekkı, heç olmasa bırgə kəlmə söz de! Qız hələ də hönkürürdü. Tom qiymətli şeylərinin ən qiymətlisi olan mis kürəciyini cibindən çıxarıb çiyni üzərindən Bekkiyə uzatdı ki, qız onu görə bilsin və dedi:
- Bekki, istəyirsən götür, qoy sənin olsun! Qız yumruqla Tomun əlinin üstündən vurdu, kürəcik yerə düşüb diyirləndj. Bu zaman Tom qəti addımlarla məktobdən çıxdı, həmin gün bir də geri qayıtmamaq üçün baş alıb getdi. Bir azdan Bekkinin dalağı sancdı. O, qapıya tərəf qaçdı, lakin Tom heç yerdə görünmürdü; Bekki evin ətrafını fırlandı, həyəti gəzdi, Tom oralarda da yox idi. Qız onu çağırmağa başladı: 
- Tom! Qayıt, Tom! Bekki qulaq verdi, cavab yox idi. O, tamamilə tək qaldı. Ətraf sükut içində idi. Bekki oturdu və özünü məzəmmət edə-edə yenə ağlamağa başladı. Bu zaman artıq başqa uşaqlar da məktəbə toplaşmağa başladılar. O, öz dərdini gizlətməli və qəlbini susduraraq bütün o cansıxıcı ağır gün ərzində əzab çəkməli oldu. Ətrafda hamı ona yad idi, o öz dərdini heç kəslə bölüşə bilməzdi.