Bu maraqlıdır!

Hindistanın Sas-Bahu məbədi

Digər adları Sas-Bahu Mandir, Sahastra Bahu və Harisadanam olan bu əkiz məbəd 11-ci yüzildə brahman tanrısı Vişnanın şərəfinə Hindistanın Madhya-Pradeş əyalətindəki Qvalior şəhərində inşa edilib. Hindistanın hər yerində olduğu kimi əkiz məbəd yerli əhali tərəfindən “Sasbahu məbədi” adlandırılır. Sasbahu sözü "qayınana, gəlin" və ya "ana və gəlin" mənasını verir.

 

Böyük əkiz məbəddə tapılan bir yazıya görə, Sas-Bahu 1093-cü ildə Kaçhapaqat sülaləsinin Kralı Mahipala tərəfindən inşa edilib.

 

Hindistanın Arxeoloji Araşdırma Mərkəzi tərəfindən tapılaraq Mədəni Miras Siyahısına əlavə edilmişdir. Hindistanın Udaipur şəhərinə iyirmi kilometr uzaqlıqda tapılan bu məbəd kimsənin xəbəri olmadığı üçün ziyarətçisi elə də çox deyil. Bölgədəki əksər Hindu və Jayn  ibadətgahları kimi, bu məbəd də əsasən xarabalıqdır və bölgədəki çoxsaylı istilalar və hindu-müsəlman müharibələri nəticəsində çox ziyan görmüşdür. Məbədin qülləsi və ziyarətgahı dağılmış vəziyyətdədir, lakin memarlıq oymaları və işarələri hələ də xarabalıqlardan görünür. Məbədin uzunluğu 100 fut (30 m) və eni isə 63 fut-dur (19 m). Məbəd üç mərtəbəli hündürlükdədir, bu da onun özünəməxsus xüsusiyyətlərindən və incəliyindən biri sayılır.

 

Məbəd üç tərəfdən üç girişə malikdir. Dördüncü istiqamətdə isə qapalı bir otaq var. Bütün məbəd oymalarla örtülüdür, xüsusilə giriş qapısının üstündə Hind tanrıları Brahma, Vişnu və Sarasvatinin 4 bütü təsvir olunub. Sütunlardakı oymalarda Vaişnavism, Şaivizm və Şaktizmlə əlaqəli oymalar göstərilib. Məbədin daha böyük bəzəyi bütün xarici divarları və sağ qalan bütün daxili səthləri əhatə edir.