Görkəmli şəxsiyyətlər

Coan Ketlin Roulinq

Coan Ketlin Roulinq - məşhur İngilis yazıçısı, dünyanın 65-dən çox dilinə tərcümə edilən Harri Potter romanlar seriyasının müəllifi, “Şərəf Legionunun Zabiti” ordeninin mükafatçısıdır.

 

31 İyul 1965 -ci ildə, Yeyt, Qlosteşır qraflığında, mühəndis ailəsində anadan olub. Diana adlı bir bacısı vardı.  Coanın 4 yaşı olanda ailəsi Vinterburn şəhərinə köçüb. Məhz orada Coan bacısı ilə, Potter soyadlı bir qız və oğlan ilə oynayırdılar. 


Coan 200 il əvvəl Vilyam Vilberfors tərəfindən əsası qoyulan Sent Maykls məktəbində oxuyub.

 

Coanın ədəbiyyata sevgisi kiçik yaşlarından başlayıb. Uşaqlıqdan yazıçı olmaq arzusunda olub və ilk hekayələrini kiçik bacısına oxuyub. İlk nağılını 5-6 yaşında yazıb. 9 yaşına çatanda ailəsi Tatşillaya köçüb. Coan üçün çətin bir dövr başlayıb: anası tez -tez xəstələnir (dağınıq sklerozdan əziyyət çəkirdi), atası ilə münasibətləri isə yaxşı deyildi. 


Yazıçının ən çox sevdiyi fənn-ingilis və digər xarici dillər idi. Buraxılış ilində Coan Oksforda daxil olmağa qərar verir. 1982-ci ildə o, bütün imtahanları keçir, lakin prestijli universitetin tələbəsi ola bilmir. Daha il itirmək istəməyib, Devonda Ekster universitetinə daxil olur. Orada ingilis dili öyrənmək istəyirdi, lakin valideynlərin məsləhətinə görə fransız dili bölməsinə daxil olur. Təhsilini başa vurduqdan sonra Londona köçür və burada qısa müddətdə katib-tərcüməçi olaraq çalışır, həmçinin Beynəlxalq Əfv təşkilatının London ofisində tərcüməçi katib idi.


Sonra o, sevgilisi ilə Mançestera köçüb. Orada qısa müddət ərzində Mançester Ticarət Palatasında işləyirdi. 1990-cı ildə Roulinq Mançesterdən Londona gedən qatarda olarkən, bir sehrbaz oğlan haqqında kitab yazmaq fikrinə düşür. Demək olar ki, dərhal bu iş üzrə işləməyə başlayır.


1990-cı il, martın 30-da Coanın anası vəfat edir. Bundan sonra Coan İngiltərədən Portuqaliyaya köçməyə qərar verir.


Coan Portuqaliyaya köçür və orada ingilis dili dərsi deyir. O, səhərlər yazır, nahardan sonra isə dərsləri keçirdi.  Bu vaxt Coan üçüncü romanın yazılışı ilə məşğul idi. Birinci və ikinci rimanı uğursuz olduğunda tamamlanmamışdı. Yeni kitab-özünün sehrli olduğunu başa düşən və sonra sehr məktəbinə gedən oğlan haqqında idi.


1992-ci ilin avqust ayında Coan Jorji Arantes adlı tələbə-jurnalist ilə ailə həyatı qurur. 1993-cü ildə onların Cesika adlı qızı anadan olur. Qız anadan olanda sonra Jorji boşanmağa qərar verir. Boşanmadan sonra Roulinq qızı ilə  Edinburqa köçür.


Edinburqda o, bacısı ilə birgə qalır, bacısının həyat yoldaşının "Nikolos" adlı kafesinə "Harri Potter"i yazmağa gedirdi.


Şotlandiya İncəsənət Birliyi ona kitabı bitirmək üçün qrant verib və bir neçə uğursuzluqdan sonra, axırda o Harri Potter və Fəlsəfə Daşı romanını Bloomsbury Publishing nəşriyyatına 4000 ABŞ $ satıb. Bu vaxtlar Roulinq Fransız dili müəllimi işləyir.


Bir neçə ay sonra başqa bir nəşriyyat kitabı layiqli bir məbləğə alır və Coan müəllimliyini buraxır.


1997-ci ilin iyununda çıxan "Harri Potter və Fəlsəfə Daşı" romanı sensasiya olmuş: naməlum müəllifin birinci kitabı Britaniyada ilin ən yaxşı uşaq kitabı kimi tanınmışdı. Bu kitab Amerikada "Harri Potter və Sehrbazın Daşı" adı ilə nəşr olunurdu. Bundan sonra Roulinq öz kitablarının adlarını Amerikanlılar üçün heç vaxt dəyişdirmədi.

 

Birinci kitabdan sonra o, "Harri Potter və Sirlər Otağı" (1998), "Harri Potter və Azkaban Məhbusu" (1999), "Harri Potter və Alov Kuboku" (2000), "Harri Potter və Simurq Ordeni" (2003), "Harri Potter və Mələz Şahzadə" (2005), "Harri Potter və Ölüm Hədiyyələri" (2007) və seriyanın əlavə kitablarını yazır və nəşr edir.

 

Coan 2010-cu ildə Opra Uinpri Şousunda olarkən, bildirib ki,  seriyanın davamının yazılmasını istisna etmir.


1998-ci ildə Vorner Bros ekranlaşdırmaq üçün Roulinqin iki romanının hüquqlarını alır.


2001-ci ildə rejissor Kris Kolambusun çəkdiyi "Harri Potter və Fəlsəfə Daşı" filmi ekranlara çıxır. Bundan sonra 2002-ci ildə "Harri Potter və Sirlər Otağı" filmi çıxır. Daha sonra ard-arda digər romanları ekranlaşdırılır.


Romanları 60-dan çox dilə tərcümə olunub, 40 milyondan çox nüsxəsi satılıb. Satılan kitablar və çəkilən filmlər Roulinq üçün dünyəvi şöhrət və sərvət gətirdi. 2004-cü ildən bəri Roulinq Böyük Britaniyanın ən varlı qadınıdır. Forbes jurnalının məlumatına görə 2008-ci ildə onun 1 mlrd. ABŞ dolları var idi.

 

Roulinq aktiv xeyriyyəçidir. O, valideyn və skleroz (anasının ölümün səbəbi olan xəstəlik) ilə mübarizə edən fonda hər il yardım göstərir. 


Coan Ketlin Roulinq bu gün özünü çox xoşbəxt hiss edir. Sevimli əri və üç övladı var. Məşhur yazıçı xeyriyyəçiliklə məşğuldur və indi dedektiv janrında olan yeni kitablar üzərində işləməyə davam edir.