Nağıllar, hekayələr

Lev Tolstoy. Bəxt

Bir qrup insan qiymətli daşlar olan bir adaya gəldilər. İnsanlar az yeyib, az yatıb, bütün gün qiymətli daşlar axtarırdılar. Onlardan yalnız biri, heç nə etmirdi, yeyirdi, içirdi və yatırdı. Evə qayıtmaq vaxtı gələndə yoldaşları onu durğuzub dedilər:

 

- Sən nə ilə qayıdırsan?

 

O, ayağının altındakı torpaqdan bir ovuc götürüb çantasına qoydu.

 

Evə çatanda kişi çantanı açdı və bir ovuc torpağın içindən ən bahalı daş çıxdı.