Əyyub Məmmədov. Çiçəkli yaz

Artıq qışın son günüdür,

Ağaclarda tumurcuq var.

Gəlir güllü, çiçəkli yaz,

Vidalaşdı şaxtalı qar.

 

Mən bahardan gözləyirəm,

Oynamaqçün göy çəmənlər.

Bir də sevib iylədiyim,

Qucaq dolu yasəmənlər.

 

Heç üşütmür daha məni,

Tez-tez əsən boz küləklər.

Gün çıxanda görəcəyəm,

Əlvan rəngli kəpənəklər.