Görkəmli şəxsiyyətlər

Kvint Horasi Flakk

Kvint Horasi Flakk Roma ədəbiyyatının qızıl dövrü şairlərindən biridir. Lirik şair, Roma poeziyasının görkəmli qəsidəçisi  Horasi e.ə. 65-ci ildə kiçik malikanə sahibi ailəsində anadan olub. Atası əvvəllər qul, sonralar isə varlanaraq kiçik mülkədar olmuşdur.  Horasi ilk təhsilini vətənində almış, daha sonra atası onu Romaya aparıb zadəganlara məxsus məktəbə qoymuşdur. 

 

Horasi Avqust dövründə fəaliyyət göstərmiş şairlərdəndir. Ən məşhur əsəri "Pizonlara məktub" da adlandırılan "Poetik sənət"dir.
 
 
Horasinin şeirləri bir neçə külliyatda toplanmışdır. Külliyatlar bunlardır: "Qəsidələr", "Epodlar" "Sekulyar nəğmələri", "Satiralar" və "Məktublar".  Onun şeirləri həmişə kiməsə müraciət şəklində yazılıb. 
 
 
Horasi e.ə 8-ci ildə vəfat etmişdir.