Xəbərlər

“Sumqayıt uşaqların gözü ilə” sərgi-müsabiqəsinin qalibləri mükafatlandırılıb

Sumqayıtın Tarixi Muzeyində “Sumqayıt uşaqların gözü ilə” adlı rəsm sərgi-müsabiqəsi təşkil edilib.

 

AZƏRTAC xəbər verir ki, Sumqayıt Regional Mədəniyyət İdarəsinin dəstəyi ilə muzeydə Ə.Bakıxanov adına Uşaq İncəsənət Məktəbinin rəsm şöbəsi şagirdlərinin Sumqayıtın 70 illik yubileyinə həsr olunmuş əl işlərindən ibarət sərgisi keçirilib.

 

Sərgidə şagirdlərin “Sumqayıt uşaqların gözü ilə” rəsm müsabiqəsinə təqdim etdiyi işləri nümayiş olunub.

 

Əvvəlcə muzeyin elmi işçilərinin mövzu ilə əlaqədar çıxışları dinlənilib.

 

Sonra müsabiqənin nəticələrində görə I, II və III yerin qalibləri, o cümlədən həvəsləndirici yerlərin sahibləri fəxri fərman və hədiyyələrlə mükafatlandırılıblar.