Təbiət

Qəzəbli tutuquşu: Qara kakadu

Palma kakadusu- yabanı təbiətdə yaşayan nadir tutuquşu növüdür. Qara Palma kakadusu əhval-ruhiyyəsini nümayiş etdirmək üçün unikal xüsusiyyəti ilə diqqət çəkən Avstraliyanın ən böyük tutuquşusudur. Bədəni qara lələklələ örtülü olan bu tutuquşular çox şıltaq və aqressiv olurlar. 

 


Belə ki, quşun bədəni  sakit vəziyyətdə tam qara rəngdə olur, qəzəbli və ya qıcıqlandığı zaman isə tutuquşunun yanaqları sanki  yanaraq parlaq qırmızıya çevrilir. Bu anda tutuquşuya yanaşmamaq daha yaxşıdır, çünki bu zaman onlar qanadları ilə qıcıqlanma qaynağını vurmağa çalışırlar.

 


Adi vaxtlarda Palma kakadusu tək yaşayır, hərdən isə kiçik qruplara qoşulur. Palma kakadusu cütünü çox gec tapır, ancaq onların birliyi ömür boyu davam edir. Çiftləşdikdən sonra, dişi quş 1 böyük yumurta yumurtlayır. Bir aydan sonra 20 qr çəkisi olan çılpaq və kor balaca quş dünyaya gəlir. 2 həftə sonra balaca quşun görməsi yaranır və 40 həftə sonra isə qanadları tüklənir. Balaca quş böyüyənədək valideynləri növbə ilə onu yedirirlər. Qanadları tam lələklə örtüldükdə isə uçmağı öyrənir və tezliklə yuvanı müstəqil yaşamaq üçün tərk edir.


Bu quşların orta ömrü 90 ildir.