Təbiət

Dünyanın ən təhlükəli quşu-Kazuar

Dünyanın ən təhlükəli quşu dedikdə ağıla ilk öncə qartal və ya quzğun gəlir. Ancaq bu quşlar kazuar qədər təhlükəli deyil. Bu quşlar dünya müharibəsində, Yeni Qvineya torpaqlarına gələn Amerika əsgərlərini öldürüblər. Onlar Avstraliya və Yeni Qvineyanın tropik meşələrində yaşayan olduqca iri və çox təhlükəli quşlardır. Çox dözümlü quşlardır.


Üç növü var: Adi qalxanlı kazuar (Casuarius casuarius),  Narıncıboyun (Casuarius unappendiculatus) və Casuarius bennetti. 

 

Mənsub olduqları bioloji faktor onları həyata bağlayır. Bunun səbəbidir ki, quş növləri üzərində aparılan araşdırmalar zamanı ən uzunömürlü üçüncü, ağırlığına görə isə ikinci ağır quşdur. Təxminən 60 ilə qədər ömür sürürlər. Çəkiləri 60 kq-a qədər ola bilir. Böyük çəkiləri olmasına baxmayaraq, qaçmağa başladıqda sürətləri 50 km/saata çatır. Uça bilmirlər. Ayaqlarının möhkəm olması ovlarını tutmağa və öldürməyə kömək edir. Tullandıqları zaman öz boyları qədər hündürlüyə tullana bilirlər. Onlara qarşı hücumlardan özlərini müdafiə etmək üçün ayaqlarından və keratin örtülü, orta sərtlikdə olan, üçbucaq buynuzlarından istifadə edirlər. Buynuz başın üstündə, dimdiyin çıxış nöqtəsindən başlayır. Uzunluğu 18 sm-ə qədər ola bilər. Ən çox meyvələrlə bəslənsə də, toxum, heyvan leşləri, böcək, qurbağa, kiçik quşlarla da qidalanır. 

 

Araşdırmalar əsasən dişi kazuarlar üzərində aparılmışdır. Ortalama boyları 1.5/1.7 m-dir. Ayaq barmaqları üç dənədir və ortadaki barmağı digərlərinə görə daha uzun, böyük və qalındır. Barmaqlarının ucundaki dözümlü və kəsici dırnaqları pəncə vəzifəsi görürlər. Elə bu quşun təhlükəli olaraq bilinməsinin ən önəmli səbəbi budur. Hücum zamanı hədəfinə doğru qaçan kazuar pəncələrini istifadə edir və şikarının bədənində dərin kəsiklər açır. 

 

Yalnız yaşamağı sevən bir canlıdır. 50/52 gün kürt yatar, ən az 3, ən çox 8 ədəd yumurtlayar. Yumurtası 9/14 sm böyüklüyündədir. Nəsli tükənmək təhlükəsindədir.