Xəbərlər

Musiqi məktəbinin şagirdi ölkəmizi beynəlxalq festivalda təmsil edəcək

Oktyabrın 7-də UNESCO-nun rəhbərliyi ilə Gürcüstanın Batumi şəhərində “Gələcəyin ulduzları” gənc pianoçuların musiqi və incəsənət festivalı keçiriləcək.

 

AZƏRTAC xəbər verir ki, festivalda Azərbaycanı Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Rauf Hacıyev adına 15 nömrəli Onbirillik Musiqi Məktəbinin X sinif şagirdi, Prezident təqaüdçüsü Cəmil Sədizadə (müəllim Əməkdar Mədəniyyət İşçisi Tamilla Məmmədova) təmsil edəcək.