Bu maraqlıdır!

Qədim dövrlərdə vaxtı necə təyin edirdilər?

Hələ bizim günlərdən çox əsrlər əvvəl müxtəlif mədəniyyətlərdə vaxtı təyin etmək üçün alətlər yaradılıb. Bunlardan bizə gəlib çatan saatlardan biri 3500 il bundan əvvəl düzəldilmiş Misir günəş saatıdır. Eramızdan əvvəl II əsrdə Misirin İsgəndəriyyə şəhərində su saatını ixtira ediblər. Bizim eranın VIII əsrində Avropada şərqdə ixtira edilib gəlmiş qum saatlarından istifadə etməyə başladılar. X əsrdə isə mexanizmi çəki daşları ilə hərəkətə gətirilən ilk mexaniki saat ixtira edildi. 


XI əsrdə Çinin vaxtı ay və ulduzların işığının köməyi ilə təyin etməyə imkan verən saat ixtira edildi.