Bu maraqlıdır!

Güllərin şahzadəsi

Lap keçmişlərdən güllər adamların ətraf mühitlə münasibətində xüsusi rol oynayıblar. Qızılgül qalan bitkilərin içərisində ən şərəfli yer tutur. İnsan güllərin şahzadəsi olan qızılgülü əhilləşdirən kimi, onu bağın mərkəzində yerləşdirib. Gülü yüksək dərəcədə təkmilləşdirdikdə insan başa düşdü ki,  qızılgülün gözəlliyi onun zəngin formasına uyğun deyil. Onun gur ləçəkləri elə bil gizli bir aləmdir, məstedici qoxusu ilə adamın başını gicəlləndirir. 


Qədim yunanlar və şərq müsəlmanları ilk olaraq qızılgülün böyüklüyünə diqqət yetiriblər. 


Afroditanın ən sevimli gülü olan qızılgül məhəbbət simvolu olub. Yunan şairi Anakreonun deməyinə görə, birinci qızılgül kolu Afroditanın dəniz fəlakətindən əmələ gəldiyi anda bitib. Qızılgül Yerin böyük ilahəsi olan Demetorun da simvolik atributu olub. 


Orta əsrlərdə kilsənin nəhəng daşlarla əhatə olunmuş qotik fasad pəncərələrinin haşiyəsini gül formasında təsvir edirdilər. Kilsənin bəzəkli «qızılgülləri» elə bil dünyanın dörd bir tərəfini özündə saxlayan ideal bərabərlik üçün donub qalıblar.


Gündəlik həyatda da güllər şahzadəsi diqqətdən kənarda qalmırdı. Onu tək bağçada əzizləmirdilər, ondan təzə-təzə çalarlar alırdılar. O ailə məişətdə, adət-ənənənədə də şərəfli yer tuturdu. Köhnə portretlərdə ərin və ya nişanlının əlində, həyat yoldaşı və ya gəlinin əlindəki adətən tünd və ya parlaq qırmızı rəngdə gül ondan xəbər verir ki, o, öz sevgisini sözsüz izah edir.


Qızılgül gələcək xoşbəxtliyin və nəslin firavanlığının, əmin-amanlığın rəmzidir.


Sonralar rəssamlar qızılgülə gül kimi müraciət edirdilər, hansı ki, təbii aləmin bütün gözəlliklərini daha yaxşı göstərə bilirdi. E. Mane, O.Renuar, Van Qoq, M.Vrubel və başqa ustaların rəsm əsərlərində qızılgül həssaslıq və rövnəqlə çəkilmişdir.