Nağıllar, hekayələr

R. Əfəndiyev. Xəsis və xeyirxah

Bir şəhərdə pullu, var-dövlətli xəsis bir kişi yaşayırdı. O, heç kimə əl tutmazdı. Qapıya gələn dilənçiləri qovar, heç bir xeyirxah iş görməzdi.

 

Bir gün bir kişi dilənçi paltarında xəsisin qapısını döyür, ondan pay istəyir. Xəsis onu qapıdan qovur. Xeyirxah kişi deyir:

 

– Əzizim, nə üçün xəsislik edib özün üçün yaşayırsan? Kasıblara kömək et, qoy hamı səndən razı qalsın.

 

Xəsis kişi bu sözlərdən sonra xeyirxah işlərlə məşğul oldu. Hamı onu yaxşı adam kimi tanıdı.