Bu maraqlıdır!

Qədim Çində riyaziyyat

Bizə gəlib çıxan ilk çin riyazi mətnləri b.e.ə. 1 minilliyin sonuna təsadüf edir.

 

B.e.ə. II əsrdə riyaziyyat və astronomiya ilə bağlı “Ölçü şüvülü haqqında traktat” və “Riyaziyyat doqquz kitabda” əsərləri yazılmışdır. Sonralar artıq VII əsrdə hər iki əsər bir çox yüzilliklər ərzində öyrənilən “On klassik traktat” toplusuna daxil edildi. Topluya digər əsərlər: Lyu Xueyin (III əsr) əlçatmaz əşyaların ölçüləri və onlara qədər məsafələrin təyini ilə bağlı məsələlərdən ibarət “Dəniz adası haqqında traktat” əsəri, Sun-Tszının (III əsr) riyazi cədvəlləri, hesab və həndəsə məsələlərini, xətti tənliklərsisteminə gətirilən məsələləri özündə cəmləşdirən “Riyazi traktat” əsəri, müəllifi məlum olmayan məsələlərdən ibarət praktik məzmunlu “Beş idarənin riyazi traktatı” əsərləri də daxil edilmişdi.

 

“Riyaziyyat doqquz kitabda” əsas elmi əsər idi. Bu kitab riyazi biliklərə ehtiyacı olanlar: yerölçənlər, mühəndislər, məmurlar, ticarətçilər üçün nəzərdə tutulmuşdu. Mahiyyətcə, toplu giriş mətnindən və ilkin izahatı verilməyən 246 məsələdən ibarətdir. Hər dəfə əvvəlcə məsələ ifadə olunur, ardınca cavabı verilir və qısa formada həll üsulu göstərilir.