Bu maraqlıdır!

Afrikanın vəhşi təbiəti

Afrika ərazisinin böyük hissəsi hələ insanlar tərəfindən mənimsənilməyib. Şimali Afrikanın böyük bir hissəsini qızmar Saxara səhrası tutur. Bu həyatsız qumsal yer planetin ən isti yerlərindən biridir. Afrika kontinentinin üçdə-birindən çoxunu ot və kolların bitdiyi yastı yayla tutur. Bu, Afrika çölü- savannadır. 

 

Savannada nəhəng fil, antilop, zebr və başqa otyeyən heyvan sürüləri yaşayır. Digər heyvanlar, məsələn, şirlər otyeyən heyvanları ovalayırlar.

 

Dağlar, göllər və çaylar

 

Yer qabığının nəhəng yarığı Şərqi Afrikadan keçir və Böyük Rift vadisi adlanır. Bu sahədə çoxlu dağ zirvələri, dərələr və dərin göllər var. Ən yüksək dağlar Efiopiyada, Keniyada, Uqandada və Tanzaniyadadır. Viktoriya adlı ən böyük göl Rift vadisinin mərkəzindəki nəhəng çökəklikdə yerləşir.  

 

O, balaca daxili dənizə bənzəyir, sahilində məhsuldar torpaqlar var. Nil, Niger, Konqo, Zambezi və Limpopo Afrikanın ən bolsulu çaylarıdır. Çaylardan balıq tutmaq, yük daşımaq və tarlaları suvarmaq üçün istifadə edirlər.