Təbiət

Heyvanların yaddaşı varmı?

Epizodik yaddaş insan şüurunun önəmli xüsusiyyətidir. Biz xəyallarımızda öz keçmişimizə qayıdır, həyatımızda baş verən hadisələri canlandırır, onları təhlil edirik. Biz məhz bu funksiya sayəsində sonralar keçmişin təcrübəsindən istifadə edirik.
Əvvəllər hesab olunurdu ki, heyvanların epizodik yaddaşı yoxdur.
Heyvanlar əhliləşir, nə isə öyrənir, vəziyyətə uyğunlaşır, amma keçmişdə olanları yada sala bilmir.
Henri Heyni Universitetinin araşdırmalarına əsasən məlum olub ki, bəzi heyvanların epizodik yaddaşı var.
Bir dəfə bir oğlan meymuna banan göstərir. Sonra bananı gizlədərək çıxıb gedir. Bundan  xəbərsiz olan digər bir nəfər qəfəsə yaxınlaşanda şimpanze əl hərəkətləri ilə bananın saxlanıldığı yeri göstərir.
Bununla da  biz meymunun nəinki o hadisəni yadda saxladığının, hətta bananın gizlədildiyi yeri göstərə bilmək qabiliyyətinə malik olduğunun şahidi oluruq.
Mavi zığ-zığ quşlarının da mükəmməl yaddaşı var.
Onlar qidalarını müxtəlif yerlərdə gizlədib sonradan çox asanlıqla tapa bilir. Bu quşlar yeməyə daha əvvəl gizlətdikləri qidalardan başlayır.
Bu da onu göstərir ki, zığ-zığ quşları qidanı gizlətdikləri yeri yadda saxlaya bilir.