Bu maraqlıdır!

Külək dəyirmanı necə işləyir?

Un əldə etmək üçün taxılı üyütmək lazımdır. Bu işi yerinə yetirməyi insanlar çoxdan öyrəniblər. Ən sadə, ancaq köhnə üsullardan biri taxılı hamar bir daşın üzərinə töküb onu nə isə ağır bir şeylə əzməkdir. Dəyirmanın ixtira edilməsi bu ağır işi küləyin və suyun gücü hesabına etməyə imkan verdi. Külək dəyirmanının qanad adlanan böyük pərləri var. Külək qanadları itələyərək fırlanmağa məcbur edir və onların fırlanması bərkidildikləri oxa ötürülür. Dişli təkər sisteminin köməyi ilə üfüqi oxun fırlanma hərəkəti şaquli oxa ötürülür, şaquli ox isə onun üzərinə bərkidilmiş ağır dəyirman daşlarını fırladaraq taxılı üyüdür.