Təbiət

Vomer balığı

Vomer və ya Selena (lat. Selene vomer) - skumbriya ailəsinə aid okean balığıdır. Vomer, suyun dərinliyində və ya dibinə yaxın sıx qruplar meydana gətirərək gizli həyat tərzi sürür. Atlantik və Şərqi Sakit Okeanın şelfində yayılmışdır.


Vomerin bəzi nümayəndələri 60 sm uzunluğa çatır, lakin fərdlər orta hesabla 20-30 sm-dən çox deyil.


Bədəni çox yüksəkdir, yanlardan güclü şəkildə sıxılmışdır. Alnı dik, hündür, alt çənəsi isə yuxarı doğru əyilmişdir. Ağızı aşağıda, alt çənəyə bitişik yerləşmişdir. Pelvik (sinə) üzgəcləri kiçik və qısadır.

 

Quyruq üzgəci isə  sanki uzun və nazik bir sap üzərində yerləşmişdir. Dərisi pulçuqsuzdur.


Bədən rəngi gümüşüdür, arxa tərəfində mavi və ya açıq yaşıl rəng var. Dərisində işığı yansıdan nanoskopik kristallar var. Bu, yırtıcılara qarşı bir müdafiə mexanizmidir. 


Yırtıcıdır; qida radionu- onurğasızlar və kiçik balıqlardan ibarətdir.


Vomer bənzərsiz bədən quruluşuna görə suda mükəmməl kamuflyaj olur. Günəş işığının müəyyən düşmə bucaqlarında  tamamilə şəffaf bir görünüş əldə edə bilər. Balığa qabaqdan və ya arxadan 45 dərəcəlik bir açıdan baxılarsa, sudan seçilmir, yəni görünmür.


Vomer balığı xüsusi xırıltılı səs çıxarır ki, bu da düşmənləri qorxutmağa və sürüdə ünsiyyət qurmağa xidmət edir.


Balıq Ay kimi parıldadığına görə "ay-balığı"da deyilir, yəni "selene" yunan dilindən tərcümədə "ay" deməkdir. 


Vomer gecə balığıdır. Gündüzlər suyun dərin təbəqəsində dincəlirlər.

 

Hazırda Vomer balığının dörd növü Atlantik Okeanında, üçü isə Sakit Okeanda yaşayan yeddi növü qeydə alınmışdır. Sakit okean təmsilçiləri pulçuqlarının tamamilə olmaması ilə seçilir.

 

Vomer balığı, ilk növbədə Ekvador və Peru sahillərində balıqçılar tərəfindən ovlanır.

 

Peru selenası - ticarət üçün ən dəyərlidir. Atlantik vomeri isə idman balıq ovu üçün məşhurdur.

 

Vomer balığının ətinin faydalı xüsusiyyətləri: Əti az yağlıdır (% 4), zülalı isə çoxdur (% 20).

 

Bu növ balıqlardan hazırlanan yeməklər Ekvador və Cənubi Amerika xalqı tərəfindən məşhurdur. Sakit okean vomer balığının əti ən qiymətlidir, çünki doyumlu və yumşaqdır.