Təbiət

Avropa ilə Afrikanı ayıran boğaz: Cəbəllütariq

Avropanı Afrikadan ayıran Cəbəllütariq boğazı qlobusda dar mavi xətt kimi işarələnib. Gəmilər bu su dəhlizi vasitəsi ilə Aralıq dənizindən Atlantik okeanına keçirlər. Bunu Qədim gəmiçilər də bilirdilər Lakin boğazdan keçməyi təhlükəli sayırdılar. Bu da əbəs deyildi.
 
Cəbəllütariq boğazı iki qitəni bir-birindən ayırır və qayalıq sahillərin arasından keçir. Avropa hissəsində Gibraltar qayası, Afrika hissəsində isə Musa dağı gəmilər üçün böyük təhlükə yaradırdı. Qədimdə bu iki yüksəklik “dünyanın son nöqtələri” sayılırdı.
 
XIII əsrdə german tayfalarının yaşadığı şimal qayasını strateji tərəfdən qiymətləndirən ərəblər bu yerləri fəth edir və burada möhtəşəm bir qala tikirlər. Onu öz əmirlərinin şərəfinə “Cəbəl ət Tariq”, yəni Tariqin dağı adlandırırlar. Avropalılar çətin tələffüz etdikləri bu adı sonralar Cibraltar, daha sonra isə Gibraltar kimi sadələşdirirlər.
 
Gibraltar şəhər-dövləti əvvəllər ərəblərə məxsus olsa da, sonradan ispanların əlinə keçib. Hazırda isə o, ingilis koloniyası və hərbi-dəniz bazasıdır.
 
Bu şəhərin özünün aeroportu olsa da, ərazinin kiçik olması səbəbindən uçuş və eniş xətti avtomobil yolu ilə kısişir. Təyyarələrin uçuşu və enişi zamanı avtomobillərin hərəkəti xüsusi şlaqbaumlar vasitəsi ilə dayandırılır.
 
Gibraltar şəhərində yaşayan hərbçilər işə getmək üçün birbaşa qayanın içinə girirlər. Bunun üçün qayanın daxilində uzunluğu təxminən 50 kilometr olan tunellər qazılıb. Daş divarların içərisində rabitə qovşağı, arsenallar, hətta Cəbəllütariq boğazında üzən  gəmilərin hərəkətinə nəzarət edən mərkəz yerləşir. Qayanın içindən boğaza və Afrika tərəfə top lülələri tuşlanıb.
 
Cəbəllütariqdə nə qızıl, nə də neft var. Lakin o, strateji mövqedə yerləşdiyindən bir çox ölkələr bu əraziyə sahib olmaq istəyirdilər. Bu kiçik ərazi uğrunda tarix boyu qızğın döyüşlər gedib. İndinin özündə də Cəbəllütariqin hansı dövlətə mənsub olması barədə mübahisələr səngimir. 300 ildən çoxdur ki, ispanlar öz keçmiş əyalətlərini qaytarmağa çalışırlar.