Xəbərlər

Rus Dram Teatrı uşaqlar üçün maraqlı tamaşalar təqdim edəcək

Bakı, 25 oktyabr, AZƏRTAC
 
Əziz uşaqlar! S.Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrının noyabr ayında sizin üçün nəzərdə tutulan repertuarını təqdim edirik: 
11 noyabr – “Güləbətin tikən qız və süpürgəçi”;
12 noyabr – “Nağılı tap–1”;
18 noyabr – “Nağılı tap–5”;
19 noyabr – “Gəlin, nağıla baxaq”;
25 noyabr – “Çar Saltan, knyaz Qvidon və Qu quşu şahzadəsi haqqında nağıl”;
26 noyabr – “Durna balığının buyruğu ilə”.
 
Tamaşalar saat 12:00-da başlanır.