Bu maraqlıdır!

Musiqi ilə rəqəmlər arasında qarşılıqlı əlaqə varmı?

Musiqinin əsasında melodiya, ahəng, ritm və harmoniya durur. Melodiyanı yazan zaman musiqiçilər müxtəlif notlardan istifadə edilər, yəni hər bir not müəyyən vaxt ərzində səslənməlidir. Hər bir notun uzunluğuna görə öz adı var. Ən uzun not bütöv not adlanır, onun ardınca yarım, dörddə bir, səkkizdə bir, on altıda bir və başqa daha qısa səslər gəlir.

 

Notların uzunluğunda qarşılıqlı əlaqə vardır: hər bir not növbəti notdan “iki dəfə çox” və ya əvvəlkinin “yarısını” təşkil edir. Belə ki, bütöv not iki ədəd yarım not qədər səslənir, iki ədəd yarım not isə dörd ədəd dörddə bir not qədər səslənir, o da öz növbəsində səkkiz ədəd səkkizdə bir, onlar isə on altı dəfə on altıda bir qədər və s səslənir.


Bundan başqa, ürəyin döyünməsi kimi dəqiq intervalla olan ritm 2/3, ¾, 4/5, 6/8... kəsr şəklində yazılan taktın köməyi ilə göstərilir. Ritmin itirilməməsi üçün metronom adlı taktı ölçən xüsusi alət var.