Şeirlər

Teymur Elçin. “Gəl, Bahar”

Gözəl bahar,
Gözəl bahar!
Darıxırıq,
Tez gəl, bahar!
 
Çətir-çətir
Güllər gətir,
Otaqlara
Dolsun ətir.
 
Sənsən əziz,
Şən nəğməmiz;
Gözləyirik
Yolunu biz.
 
Gözəl bahar,
Tez gəl,bahar;
Bağçamızda
Dincəl, bahar!