Xəbərlər

Məktəblilərə gender bərabərliyi barədə məlumatlandırılırlar

Bakı, 16 yanvar, AZƏRTAC 

 

 
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumtəhsil məktəblərində gender bərabərliyinə həsr olunan dərslər təşkil edilir. 

 

BŞTİ-dən AZƏRTAC-a bildiriblər ki, dərslər UNESCO-nun Assosiativ Məktəblər Şəbəkəsinə üzv olan ümumtəhsil müəssisələrində Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutu tərəfindən keçirilir. 


UNESCO-nun “Dünyanın ən böyük dərsi” layihəsi çərçivəsində dərslərin təşkil olunmasının əsas məqsədi məktəblərdə gender problemini müzakirə etmək və şagirdlərdə gender məsələlərinə adekvat münasibət formalaşdırmaqdır.  


Dərslərdə məktəblilərə gender məsələləri barədə ətraflı məlumat verilir, ölkəmizdə gender bərabərliyinin təmin edilməsinin dövlət siyasətinin prioritet istiqamətlərindən biri olduğu diqqətə çatdırılır. Həmçinin gender məsələlərindən bəhs edən videoçarxlar nümayiş olunur, şagirdləri maraqlandıran suallar cavablandırılır. 


BŞTİ-nin tabeliyindəki 44, 145, 181 nömrəli tam orta məktəblər, 220 nömrəli məktəb-lisey və 160 nömrəli Klassik Gimnasiya UNESCO-nun Assosiativ Məktəblər Şəbəkəsinin üzvüdür.