Xəbərlər

Azsaylı xalqların uşaqları üçün məktəbəhazırlıq qruplarının yeni dərs ilinə aid tədris planı təsdiqlənib

Təhsil naziri Ceyhun Bayramovun əmri ilə ümumtəhsil məktəblərində azsaylı xalqların uşaqları üçün təşkil edilən məktəbəhazırlıq qruplarının 2019-2020-ci dərs ilinə aid tədris (məşğələ) planı və tədris (məşğələ) planına dair “Qeydlər” təsdiqlənib.

 

AZƏRTAC xəbər verir ki, əmr Azərbaycan Respublikasının ümumtəhsil məktəblərində azsaylı xalqların uşaqlarından ibarət məktəbəhazırlıq qruplarında təhsil prosesinin təşkili və tənzimlənməsini təmin etmək məqsədilə imzalanıb. Əmrin icrasına nəzarət nazir müavini Məhəbbət Vəliyevaya həvalə olunub.

 

Azsaylı xalqların uşaqları üçün məktəbəhazırlıq qruplarının 2019-2020-ci dərs ilinə aid tədris (məşğələ) planı və tədris (məşğələ) planına dair “Qeydlər”lə aşağıdakı linkdən tanış olmaq mümkündür:

http://edu.gov.az/upload/file/emre-elave/2019/07/12_07_19-F-443-sayli-emre-elave.pdf